Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

NÜVƏ BÖHRANI: PUTİNƏ BAXANDA NƏ GÖRÜNÜR? -"Hansısa dəhşətli yanlış qərar verilə bilər”

Yenixeber.org: Məqalədə 1962-ci ildə SSRİ ilə ABŞ arasında yaşanmış, 13 gün (16-28 oktyabr) davam etmiş, Kuba raket böhranı adını almış münaqişədən bəhs edilir, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə, bu müharibənin yaratdığı nüvə təhlükəsi ilə tarixi paralellər aparılır.

Novator.az-ın məlumatına görə, Maykl Dobbs yazır ki, Kuba raket böhranı son onilliklərin ən ziddiyyətli, dünyanın nüvə məhvinə ən yaxın dövrü kimi yadda qalıb. Ukrayna müharibəsinin də oxşar risklər doğurduğunu vurğulayan müəllif bildirir ki, əslində bu risk Rusiya prezidenti Vladimir Putin qonşu Ukrayna ərazilərini rus torpağı elan edəndən mövcuddur.

Nüvə müharibəsi ilə digər müharibələr arasında yerlə göy qədər fərq olduğunu qeyd edən Maykl Dobbs yazır: “Adi müharibədə siyasi liderlərin səhvi xalqlara baha başa gəlsə də, hər halda insan övladının yoxa çıxması təhlükəsini doğurmur. Nüvə qarşıdurmasında isə nəinki kobud səhvlər, hətta cüzi anlaşılmazlıq da fəlakətli nəticələrə gətirib çıxara bilər. Ölkələr arasında hərbi gərginlik artdıqca səhvlərin buraxılması riski də böyüyür və buna bir misal da Kuba raket böhranıdır.

1962-ci ilin oktyabrında ABŞ prezidenti Con Kennedi sovet ordusunun Kubada öz mövqelərini gücləndirməsinin qarşısını almaq üçün adanı dənizdən blokadaya aldı. Kennedinin bu addımı Sovet İttifaqının rəhbəri Nikita Xruşşovu çətin seçim qarşısında qoydu: ya böhrana son vermək üçün Amerikanın açıq şəkildə elan etdiyi şərti – sovet raketlərinin Kubadan tam çıxarılması tələbini qəbul etmək, ya da nüvə müharibəsinə getmək”.

Hazırkı situasiyada rolların dəyişdiyini diqqətə çatdıran Maykl Dobbs bildirir ki, Putin qırmızı xətt çəkməyə can atır və bütün vasitələrdən, o cümlədən nüvə arsenalından istifadə olunacağı barədə xəbərdarlıq edir: “O, Rusiyanın bu yaxınlarda birtərəfli qaydada genişləndirdiyi sərhədləri qoruyacağını deyir. ABŞ prezidenti Cozef Bayden isə Ukraynanı müdafiə etmək prinsipinə sadiqliyini bəyan edir. Putinin qırmızı xəttinə məhəl qoyulmazsa, Kreml rəhbərinin buna necə reaksiya verəcəyi bəlli deyil.

Putinin nüvə fəlakətindən qaçmaq istəyən rasional oyunçu olduğunu fərz etsək belə, arxayınlaşmaq mümkün deyil. Çoxları elə bilir ki, 1962-ci ilin oktyabrında nüvə müharibəsi riskini doğuran əsas amil birbaşa Xruşşovla Kennedi, onların arasındakı qarşıdurma idi. Əslində riski artıran ən böyük səbəb o idi ki, Xruşşovla Kennedi qarışdırdıqları qazana heç də nəzarət edə bilmirdilər.

Mən Kuba raket böhranının xronologiyasını bütün incəliklərinəcən araşdırmışam. Və müəyyən etmişəm ki, o dövrdə Xruşşovla Kennedi baş verən proseslərin bəzisindən xəbərsiz olublar.

Böhranın ən təhlükəli günü oktyabrın 27-nə düşür. Həmin gün sovet raketi ilə Kuba səmasında ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi vurulub. Halbuki Xruşşov bu barədə əmr verməyibmiş.

Elə həmin gün başqa bir U-2 kəşfiyyat təyyarəsi SSRİ-nin hava məkanına adlayıbmış və sovetlərin hava hücumundan müdafiə sistemi işə salınıbmış. Kennedinin isə bundan xəbəri yox imiş.

Sonralar Kennedi bu hadisə ilə bağlı belə deyib: “Söz qanmayan kütbeyin əclafı axtarmaqla deyil, həmişə özləri tapılırlar”.

Ukrayna müharibəsi Kuba raket böhranından fərqlənsə də, bənzər yanlışlıqlar, anlaşılmazlıqlar yenə mümkündür. Rusiyanın, yaxud Ukraynanın atdığı mərmilərdən biri təsadüfən atom elektrik stansiyasına düşə, qəzaya səbəb ola, Avropanın bir çox hissəsini zəhərləyə bilər.

Rusiyanın Qərbdən Ukraynaya göndərilən hərbi yardımı əngəlləmək cəhdi NATO ölkələrinə, məsələn, Polşaya toxuna, nəticədə ABŞ avtomatik şəkildə buna cavab vermək məcburiyyətində qala bilər. Yaxud Rusiya Ukrayna ordusunu taktiki nüvə silahı ilə vurmaq qərarına gələ, bu isə ABŞ-la Rusiya arasında nüvə müharibəsinə çevrilə bilər”.

Məqalədə deyilənə görə, Kennedi Sovet İttifaqının Kubada orta mənzilli raketlər yerləşdirdiyindən gec də olsa xəbər tutsa da, bəzi başqa vacib məsələlər barədə tam məlumatsız imiş: “Məsələn, o, Sovet İttifaqının 100-ə yaxın taktiki nüvə raketinin ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazasına və digər Amerika qüvvələrinə hədəfləndiyindən xəbərsiz olub. O vaxt ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi adadakı sovet qoşunlarının sayını lazımınca dəyərləndirə və sovet qoşunlarının nüvə başlıqlarını adada yerləşdirməsi prosesini izləyə bilməmişdi”.

Eyni zamanda məqalədə vurğulanır ki, istər Kennedi, istərsə də Xruşşov böhranın dərinləşəcəyi təqdirdə təkcə öz ölkələrinin deyil, bütün dünyanın hansı təhlükə ilə üzləşəcəyini dərk etməyi bacarıblar: “Məhz buna görə də onlar bir-birilərini nə qədər açıq şəkildə mühakimə etsələr də, öz aralarında məxfi əlaqə qurmağa çalışıblar. Nəticədə prezident Kennedinin qardaşı, baş prokuror Robert Kennedi ilə Sovet İttifaqının Vaşinqtondakı səfiri Anatoli Dobrınin arasında gizli görüşlər keçirilib. Sonda qarşılıqlı güzəştə nail olunub: Xruşşov Sovet İttifaqının nüvə qüvvələrini Kubadan, Kennedi isə ABŞ-a məxsus orta mənzilli raketləri Türkiyədən çıxarıb. Bu razılaşma on illər ərzində məxfi saxlanıb”.

Maykl Dobbs xatırladır ki, Kennedi də, Xruşşov da İkinci Dünya müharibəsinin dəhşətlərini yaşamış siyasətçilər idi: “Xruşşov anlayırdı ki, nüvə müharibəsi adi savaşdan dəfələrlə dağıdıcı olacaq. Kremlin arxivləri göstərir ki, bütün döyüşkən pafosuna, ritorikasına baxmayaraq, öz nüvə avantürasının iflasa uğradığını biləndən sonra Xruşşov münaqişəni sülh yolu ilə həll etməyə tam qərarlı olub. Putin isə əksinə, hər kritik məqamda “stavka”nı qaldırmağa çalışır. Gərginliyi artırmaq onun ən çox üstünlük verdiyi taktikaya çevrilib.

Bütün bunlar kommunikasiya imkanlarının gücləndiyi, informasiya texnologiyalarının müharibə və diplomatiyanın tempini sürətləndirdiyi bir zamanda baş verir. Kennedi ilə Xruşşov kommunikasiya sahəsində bəzi texnoloji problemlərlə üzləşirdilər. İndi o problemlər yoxdur, əvəzində başqa problemlər yaranıb.

Daha Vaşinqtondan Moskvaya şifrəli teleqram göndərilməsi 12 saat vaxt aparmır. O biri yandan indi döyüş meydanından gələn informasiyalar çox sürətlə yayıldığına görə siyasi liderləri də tələsik qərarlar qəbul etməyə məcbur edir.

1962-ci ilin oktyabrında ABŞ Sovet İttifaqının Kubada nüvə başlıqlı raketlər yerləşdirdiyini üzə çıxaranda Kennedi buna verəcəyi cavabı altı gün götür-qoy etmişdi. İndi ABŞ prezidenti öz qərarını belə bir arxayınlıqla götür-qoy etmək imkanında deyil.

Biz hələ Kuba raket böhranında olduğu qədər nüvə müharibəsi hazırlığına başlamamışıq. Putin nüvə gücünü yüksək hazırlıq vəziyyətinə gətirməkdən danışsa da, bu istiqamətdə lazımi addımların atıldığından xəbər verən dəlil-sübutlar gözə dəymir.

Kuba raket böhranının təhlükəli mərhələsi cəmi 13 gün sürdü. Ukrayna müharibəsinin isə səkkizinci ayıdır və prosesin sonu hələ görünmür. Proses uzandıqca hansısa dəhşətli yanlış qərarın verilməsi təhlükəsi də artır”. (Mənbə: Nytimes.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam