Yenixeber.org: Bu barədə hökumətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Ukraynanın əlavə hərbi dəstəyə və texnikaya ciddi ehtiyacı var. Buna görə də Norveç Ukraynaya hərbi dəstəyini 2,5 milyard kron artıraraq 2023-cü il üçün ümumilikdə 10 milyard krona (təxminən 947 milyon dollar) çatdırıb", - bəyanatda deyilir.
Bundan əlavə, Oslo Kiyev üçün NATO-nun hərtərəfli yardım paketinə töhfəsini artıracaq.(TASS)