Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İran və Səudiyyə Ərəbistanının neft nazirləri görüşüblər

Son vaxtlar İranla Səudiyyə krallığı arasında münasibətlərin yaxşılaşması bir sıra istiqamətlərdə, xüsusilə də ənənəvi enerjidaşıyıcıalrı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ciddi zəmin yaradıb.
Yenixeber.org: İranın neft naziri Cavad Oci Vyanada OPEC-in 8-ci beynəlxalq seminarı çərçivəsində Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ilə görüşərək, “neft bazarının vəziyyəti” və “ümumi yataqlar”" investisiya qoyuluşunu müzakirə edib.
“Cavad Oci və Əbdüləziz Bin Salman İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli məsələləri, o cümlədən neft və qaz sənayesinə sərmayə qoyuluşu və birgə sərmayə imkanlarının araşdırılmasını müzakirə ediblər. Karbohidrogen materiallarının ticarəti və birgə yataqların işlənməsi kimi məsələlər də OPEC-in 8-ci beynəlxalq seminarı çərçivəsində iki tərəfli danışıqların mövzusu olub. Habelə, ortaq yataqların işlənməsi ilə bağlı danışıqlar da aprılıb”, - məlumatda deyilir.
İran və Səudiyyə Ərəbistanı mart ayında Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq qərarına gəlidikdən sonra, Səudiyyə krallığının Xarici İşlər naziri bu ölkənin Tehrandakı səfirliyinə hücumdan 7 il sonra İrana səfər edib. Tehranla Ər-Riyad arasında diplomatik əlaqələrin bərpası müxtəlif sahələrdə mümkün ikitərəfli əməkdaşlığa yol açıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam