Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin:Rusiyaya qarşı hibrid müharibə aparılır

Rusiyaya qarşı hibrid müharibə aparılır.

Yenixeber.org:  Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatında keçirilən sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya xarici təzyiq və sanksiyalara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək.

Putin çıxışında ötən ayın sonunda Rusiyada baş vermiş silahlı qiyam cəhdinə də toxunub və vurğulayıb ki, Rusiya xalqı həmişəkindən daha çox birləşib: "Rusiyalılar vahid cəbhədə qiyam cəhdinə qarşı çıxdılar".

Putin Rusiyanın ŞƏT-in Yeni Dehli Bəyannaməsinin layihəsini dəstəklədiyini də söyləyib. Əlavə edib ki, ŞƏT beynəlxalq hüquqa əsaslanan dünya nizamının formalaşmasına qətiyyətlə sadiqdir.

Rusiya və Çin arasında əlaqələrdən danışan Rusiya Prezidenti iki ölkə arasında ticarət əməliyyatlarının 80%-dən çoxunun rubl və yuanla həyata keçirildiyini qeyd edib.

Putin onu da bildirib ki, inkişaf etmiş ölkələrin borclarının nəzarətsiz yığılması yeni qlobal böhran risklərini artırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam