Sergey Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışıb
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
Yenixeber.org: O, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu: “Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”.
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.