Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Numan Kurtulmuş:“İsveçin NATO üzvlüyü həyata keçirilməsi mümkün olmayan arzudur”

"İsveçin NATO üzvlüyü Ankaranın tələblərini yerinə yetirmək istəməyən Stokholmun reallaşması mümkün olmayan arzusudur".

Yenixeber.org:  Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində bildirib.

O, Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli sazişin mövcud olduğunu xatırladıb.

"Onlar təxribatçı əməllərlə məşğul olacaqlar və sonra da NATO-ya üzv olmaq üçün razılıq verməyimizi istəyəcəklər? Üzr istəyirəm, Türkiyə öz sözünə cavabdeh ölkədir. Biz istəyirik ki, opponentlərimiz də öz sözlərinin üstündə dursunlar. Öhdəliklərini yerinə yetirməyən İsveç üçün NATO-ya üzvlüyü gözləmək - sadəcə həyata keçirilməsi mümkün olmayan arzudur", - deyə spiker bildirib.

N.Kurtulmuş İsveçdə Quranın yandırılmasını da sərt tənqid edib. Onun sözlərinə görə, məhkəmənin faşist və islamofob nümayişçilərə dəstək verməsi şübhəsiz ki, zərərlidir:

"Bunlar qəbuledilməzdir. Ağızlarını açanda Avropanın yüksək dəyərlərindən, müxtəlif mədəni dəyərlərin birgə mövcudluğundan bəhs edirlər. Onlar bir tərəfdən demokratiyadan, digər tərəfdən inanclara hörmətdən danışırlar. Amma təxribatçı, anti-İslam və anti-insan hərəkətlərə heç cür halda haqq qazandırıla bilməz. Onu qanadlarının altına alıb müdafiəyə qalxırlar. Bunu anlamaq mümkün deyil. Bunlar bəzi dairələrin İslam dünyasına qarşı qərəzli düşmənçiliyini qızışdırmaq üçün atılan addımlardır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam