Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Makron təcili Parisə QAYITDI

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edərək Parisə qayıdıb. 

Yenixeber.org:  Prezident Makron bir yeniyetmənin polis tərəfindən vurulmasından sonra artıq üç gecədir ki, davam edən iğtişaşların yaşandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılıb. 

Makron Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib. O, sammitdən ayrılarkən jurnalistlərə açıqlama verməyib. 

Fransa Prezidentinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.  

Ölkənin daxili işlər naziri bildirib ki, iğtişaşlar zamanı 667 nəfər həbs olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam