Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir —VİDEO

Samux rayonunun üç kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenixeber.org: Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq regionlarda yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC bu dəfə Samuxun Qədili, Seyidlər və Sarıqamış kəndlərində işlərə başlayıb.
İstismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 KTM quraşdırılıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.
Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, “Azərişıq” ASC Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələrini yenidən qurur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izolyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.
Hədəf adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununla da itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam