“Azərişıq”dakı “qaranlığ”ın iki səbəbi:naşılıq və kadr seçimi
Sabiq polis zabiti necə energetik olur?
Yenixeber.org: 2015-ci fevralında cənab prezident İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırıldı. “Azərişıq" ASC-nin əsas vəzifəsi isə ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Eyni zamanda göstərilən xidmətin keyfiyyətini yüksəltmək, ölkənin elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq idi. Ötən iki ildə “Azərişiq” ASC-nin bu vəzifələrin öhdəsindən necə gəldiyini hər kəs aydın görür. Baxmayaraq ki, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib. Bunun səbəblərinə keçməzdən öncə “Azərişiq” ASC-nin ötən il həyata keçirdiyi bəzi maliyyə əməliyyatlarına diqqət yetirək.
Belə ki, Bərdə, Yevlax, Tərtər və Goranboy rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 260 min manat, Mingəçevir, Ağdaş, Ucar, Göyçay və Ağsu rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 330 min manat, Gəncə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 325 min manat, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsi üzrə işlərin satın alınmasına 258 min manat, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 260 min manat, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 260 min manat, Xaçmaz, Quba, Qusar rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 200 min manat, Sumqayıt, Xızı, Siyəzən və Şabran rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 260 min manat xərclənib. Bundan əlavə Yevlax rayonunda 35 KV-luq "Malbinəsi-Qaraməmmədli Nasos" hava xəttinin tikintisinə yarım milyon manatdan artıq-528 min manat, Tovuz rayonunda 35 KV-luq "Qandallar" hava xəttinin təmirinə 350 min manat, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 390 min manat, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 270 min manat, Saatlı, Kürdəmir və Sabirabad rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 162 min manat, Bağlar, Xırdalan və Qobustan qəsəbəsində KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsinə 200 min manat, yeni dirəklərin satın alınmasına 50 min manat pul xərclənib. Bu qədər vəsaitin ölkənin elektrik şəbəkəsinin texniki vəziyyətinin yaxşlaşdırılmasını təmin edəcəyi gözlənilən idi. Ancaq,...reallıq hər bir ölkə vətəndaşına məlumdur.
Ekspertlərlər bunun bir çox səbəblərinin olduğunu bldirsələr də, əsasən ikisinin üzərində dayanırlar. Bunlardan biri cənab prezident İlham Əliyevin sosial bəla adlandırdığı korrupsiya, digəri isə naşılıqla bağlıdır. “Azərişiq” ASC-nin həyata keçirdiyi maliyyə əməliyyatlarında korrupsiya şübhəsi doğuran amillərə növbəti araşdırmamızda aydınlıq gətirəcəyik.
Hələlik isə qeyd edək ki, söhbətləşdiyimiz ekspertlər naşılıqla yanaşı, yanlış kadr siyasətinin də korrupsiyaya şərait yaratmasını “Azərişiq” ASC-nin qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilməməsinin əsas səbəbi olaraq göstərirlər. Maraqlıdır ki, “Azərişiq” ASC-nin sədri Baba Rzayev nəməlum səbəblərdən Səhmadr Cəmiyyətin rəhbərliyinə energetika mütəxəsislərini, iqtisadçıları deyil, bəzi hallarda qeyri-peşəkarları toplayır. Belə ki, “Azərişiq” ASC-in beyin mərkəzi hesab olunan İnkişaf və İnvestisiya Departamentinin rəhbərliyinə sabiq polis zabiti (Bir neçə rayonda polis rəisi olub. Tahir) Toğrul Rəhimovu direktor təyinatı da birmənalı qarşılanmır. (Googledə bir axtarış kifayətdir ki, Toğrul Rəhimovun bu təyinatı və fəaliyyəti ilə bağlı saysız yazılar oxumaq olar.Red.) Cənab Rəhimovun təşkilatçılıq qabiliyyətini şübhə altına almadan qeyd edək ki, İnkişaf və İnvestisiya Departamentinə energetikanın incəliklərini bilməklə yanaşı, bu sahənin gələcəyini proqnozlaşdıra biləcək, peşəkar şəxsin rəhbərlik etməsi daha uyğun hesab olunur. Məlum olduğu kimi indi dünyada enerji sahəsində çox ciddi texniki inqilab yaşanır. Bütün ömrü milis və polis orqanlarında keçmiş bir şəxsin belə məqamları biləcəyi isə inandırıcı görünmür. İndi enerji sektorunda baş verən inqilabi prosesləri izləyə bilmək üçün bu sahəni çox dərindən bilmək vacibdir. Bunun əksi isə həm də korrupsiya faktlarını stimullaşdıracaq amil sayıla bilər.
“Azərişiq” ASC-nin yuxarıda sadaladığımız maliyyə əməliyyatları ilə bağlı yenixeber.org-a daxil olmuş məlumatları araşdırmaqla bütün bu məqamlara aydınlıq gətirməyə çalışacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Tahir