Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azərişıq” Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur

“Azərişıq” Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur

 

Rayon mərkəzi,  5  qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti olmaqla 100 min nəfər əhaliyə xidmət edən Şamaxı Elektrik Şəbəkəsində Azərişıq ASC-nin yarandığı  29 ay müddətində geniş miqyaslı tikinti,  yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. 

Yenixeber.org: Saytımıza daxil olan məlumata görə, ölkə prezidentinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası yeni  inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb.

Həmçinin Şamaxı EŞ-nin xidməti ərazisində  47 ədəd  köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə (Komplekt Transformator Məntəqəsi) əvəz edilib. 

Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1.212 ədəd dayaq, 54.5 km naqil yenilənib. 0,4 kV-luq hava xətti üzrə isə 44.14 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti, 36.0 km hava xətti çəkilib.

 “Azərişıq” ASC-nin daxili imkanları hesabına ümumi 2705 abonent olmaqla 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə Nağaraxana kəndləri və Sabir qəsəbəsində kabelləşmə işləri hal hazırda davam etdirılır. 

Ümumilikdə indiyədək Şamaxı rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılıb 46.3 km 0,4 kV-luq ÖİN kabel xətti çəkilib.

Bununlardan əlavə 2 qəsəbə olmaqla 9 kənddə 38 ədəd  yeni KTM quraşdırılması, 54,66 km 10 kV-luq  hava elektrik verilişi xətlərinin çəkilməsi və 159,2 km 0,4 kV-luq şəbəkənin ÖİN xəttlərlə yenidənqurulması işləri davam etdirilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam