Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanı qarışdıran Priqojin:Əvvəl sandviç satdı, sonra Putinin aşpazı oldu

Bir zamanlar sandviç satıcısı, daha sonra qəfildən Putinin ən yaxın çevrəsinə daxil olan və bir vaxtlar “Putinin aşpazı” kimi qələmə verilən Yevgeni Priqojin bu gün Rusiya Ordusuna qarşı üsyana başlayıb.
Yenixeber.org: Bəs rusiyalı biznesmen və oliqarx Yevgeni Priqojin kimdir? Təsisçisi olduğu "Vaqner" özəl hərbi şirkəti haqqında diqqətçəkən detalları təqdim edirik.
Rusiyadakı hazırkı böhranda aparıcı rol oynayan muzdlu “Vaqner” qrupu və onun qurucusu Yevgeni Priqojinin prezident Putini devirməyə çalışması ilə bağlı iddialar aylardır dünya gündəmini zəbt edir. Bir çox hərbi analitiklərin proqnozlaşdırdığı kimi, Ukrayna müharibəsində fəal rol oynayan "Vaqner" muzdlu qruplaşması ilə Kreml administrasiyası arasında əlaqələr ötən gecə pozulub.
"Vaqner" PMC kimi təqdim edilən qrup Rusiyanın hərbiləşdirilmiş təşkilatıdır. İlk dəfə 2014-cü ildə Krım böhranında adını eşitdirən qrup 2018-ci ildə də Liviyadakı qarşıdurmalarda fəaliyyətini davam etdirib. Keçən il fevralın 24-də başlayan Ukrayna müharibəsinin ön cəbhəsində olan qrup “Putinin şəxsi ordusu” kimi tanınırdı. Lakin Priqojinin Rusiya ordusunu hədəf alan sözləri ilə son zamanlar vəziyyət dəyişib.
Əvvəlcə cəmi 1000 nəfəri işə götürən "Vaqner" 2017-ci ilin avqustunda bu rəqəmi 5000-ə, 2017-ci ilin dekabrında isə 6000-ə çatdırıb. Bu gün qruplaşmanın təxminən 25.000 əsgəri olduğu güman edilir.
1961-ci ildə St. Sankt-Peterburqda anadan olan Yevgeni Priqojinin anası xəstəxanada işləyib, atası isə o, gənc olanda dünyasını dəyişib. Priqojin məktəbi bitirdikdən sonra bir qrup cinayətkarla sıx əlaqələr qurub. 1979-cu ildə hələ 18 yaşında olarkən oğurluqda günahlandırılıb. Lakin 2,5 illik həbs cəzasının icrası təxirə salınıb. İki ildən sonra yenə oğurluq və soyğunçuluq ittihamı ilə 13 il həbs cəzasına məhkum edilib və 9 il dəmir barmaqlıqlar arxasında qalıb. Həbsdən çıxandan sonra sosiska satışına başlayan "Vaqner"in şefi qısa müddətdə biznesini genişləndirib. Cəmi bir neçə il ərzində o, dəbdəbəli restoranların sahibi olub və Rusiyanın zəngin və elit dairələri ilə sıx əlaqələr qurub.
Rusiya prezidenti Putin Priqojinin dəbdəbəli restoranlarında, xüsusilə xaricdən gələn xarici qonaqları qəbul etməyə başlayıb. İkisi arasındakı münasibət qısa müddətdə inkişaf edib. Çox keçmədən Priqojin Rusiya hökuməti ilə müqavilələr imzalayıb və "Catering" şirkəti ilə Kremlə xidmət etməyə başlayıb.
Bu dövrdə 'Putinin aşpazı' titulunu qazanan Priqojin, Rusiyanı Krımı ilhaq etməsi ilə qida sənayesindən çox fərqli bir sahəyə yönəlib. Priqojinin nasist Almaniyasından ilhamlanaraq qurduğu iddia edilən "Vaqner" qrupunun Suriya və Malidəki qarşıdurmalarda fəal rol aldığı, hətta ABŞ seçkilərinə müdaxilə etdiyi düşünülür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam