Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yaponiya hökuməti:Müdafiə xərclərimizi artırmaq qərarı ABŞ-ın deyil, dövlətin təşəbbüsüdür

Yaponiyanın müdafiə xərclərini artırmaq qərarı dövlətin öz təşəbbüsüdür.

Yenixeber.org:  Bunu ölkənin Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında deyib.

Hökumətin rəsmisi ABŞ Prezidenti Co Baydenin Yaponiyanı müdafiə xərclərini artırmağa təşviq etməsi ilə razılaşmayıb və bildirib ki, bu, Tokioya heç bir təsir olmadan dövlətin şəxsi təşəbbüsüdür.

“Biz ABŞ tərəfinə açıq şəkildə bildirdik ki, Yaponiyanın müdafiə xərclərinin artırılması dövlətin öz qərarına əsaslanır və xərclərin artırılması ilə bağlı Tokioya təsir edilməsi kimi bəyanatlar çaşdırıcı xarakter daşıyır”, - deyə Matsuno bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden bir müddət əvvəl Yaponiyanın müdafiə xərclərini artırmaq siyasətinin onun səylərinin nəticəsi olduğunu bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam