Kanslerdən uzunmüddətli müharibə xəbərdarlığı:“Biz buna hazırlaşırıq..."
Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.
Yenixeber.org: O, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.
“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib və Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.("Deutsche Welle")