Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Türkmənistanda yeni şəhərin açılışı olacaq

İyunun 29-da Türkmənistanda Arxadağ adlı yeni şəhərin açılışı olacaq.

Yenixeber.org:  Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq.

Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq (birinci mərhələdə - 43 min nəfər). Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib (hətta paytaxt Aşqabad belə statusa malik deyil).

Türkmənistanın paytaxtından 30 km aralıda yerləşən Arxadağ şəhərinin tikintisinə türkmən xalqının ümummilli lideri, Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2019-cu ildə başlanılıb. Arxadağın “ağıllı şəhər” sistemi əsasında idarə olunması planlaşdırılır. Şəhər ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edəcək, ağıllı dayanacaqlar, günəş panelləri yaradılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam