CAR Prezidenti sülh planını təqdim etmək üçün Kiyevdədir
Cənubi Afrika Respublikasının Prezidenti Ukraynanın paytaxtı Kiyev şəhərinə gedib.
Yenixeber.org: Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Afrika ölkələri liderlərinin (Seneqal, Zambiya və Qəmər Adaları) Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə ediləcək.