Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Milli Məclis Heydər Əliyevin irsini davam etdirir -Spiker

Ulu Öndər Heydər Əliyev zamanın çağırışlarına cavab verən siyasətçi olub.

Yenixeber.org:  Bunu Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib. 

"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb. Heydər Əliyev Azərbaycanın dövlət müstəqiliyinin təməlini yaradıb. Bununla bərabər o, dövlətçilik ənənələrini 20-ci yüz illikdə təcəssüm etdirib. Bu gün onu dünyanın ən öndə gedən siyasətçiləri arasında görürlər. Bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan Heydər Əliyev yolunda irəliləyir. Ulu Öndər hər zaman Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda iclaslarında iştirak edib. Milli Məclis bu gün də Heydər Əliyevin irsini davam etdirir. Eyni zamanda deyə bilərik ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər sahədə təcəssüm edir”, - deyə spiker çıxışında vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam