Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Polşa Aİ-ni Rusiya və Belarusa qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Brüsseldə Avropa Parlamentinin deputatları ilə bağlı qapılar arxasında keçirilən görüşdə Polşanın Avropa İttifaqındakı səfiri Rusiya və Belarusa qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.
Yenixeber.org: Bu barədə “PolskieRadio” xəbər verib. Nəşrin jurnalistləri bildirib ki, Polşanın Brüsseldəki nümayəndəsi Ukraynadakı Kaxovka su elektrik stansiyasının Rusiya tərəfindən dağıdılması ilə bağlı Avropa İttifaqından daha sərt reaksiya verilməsini israr edib. Həmçinin qeyd edilib ki, bu görüşdə Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər və bu məsələ ilə bağlı koordinasiya bir həftə ərzində davam etdiriləcək.
Polşa nümayəndəsi yeni məhdudiyyətlər layihəsinə Rusiya kənd təsərrüfatı məhsullarının idxalına qadağaların daxil edilməsini təklif edib. Polşa səfiri həmçinin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısını almaq üçün Belarusa qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam