Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2017-də İŞLƏMƏYƏN NAZİRLİKLƏR AÇIQLANDI -Bu nazirliklır nəzərdə tutulan tədbirlərin 60 faizini icra etməyib

291759_514393

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanıb. 

Yenixeber.org: Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə” hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, doqquz strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 46 faizdir. Adıçəkilən strateji yol xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 31 faizinin icrası tamamlanıb, 29 faizi qismən icra edilib və 40 faizi icra edilməyib.

Hesabatda vurğulanıb ki ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 69 faizi icra edilib, 16 faizi qismət icra edilib və 15 faizi icra edilməyib.

“Bu strateji hədəf üzrə Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər hazırlanıb. Eyni zamanda, ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib və ərzaq təhlükəsizliyinin monitorinqinin aparılması qaydalarının layihəsi hazırlanıb. Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı potensialının qiymətləndirilməsi məqsədilə ölkədə ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsal, idxal və ixrac göstəricilər təhlil edilib və gələcək üçün proqnozlar hesablanıb. Bunlarla yanaşı ölkədə qida təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb”, deyə sənəddə qeyd edilir.

Sənədə əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin ikinci strateji hədəfi olan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması hədəfinin icra səviyyəsi belə olub: 35 faiz tam icra, 24 faiz qismən icra və 41 faiz icra edilməyib:“İnkişaf etmiş meyvəçilik və üzümçülük təsərrüfatlarının yaradılması üçün bu sahələr üzrə elmi əsaslandırılıb ixtisaslaşma tələb edildiyini nəzərə alaraq, respublika ərazisində üzümçülüyün və meyvəçiliyin inkişafı məqsədilə 10 təbii-iqtisadi zona, bu zonalarda becərilməsi üçün müvafiq rayonlaşdırılıb və perspektivli meyvə və üzüm sortları və istehsal olunan şərab məhsulunun növləri müəyyən edilib. İstehsalçılar tərəfindən emal müəssisələrinə təhvil verilən pambıq, barama və tütün məhsulunun həcminə görə subsidiya verilməsinə başlanılıb. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və qeydiyyatı prosedurlarının sadələşdirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi baxımından müxtəlif ölkələrin təcrübələri araşdırlıb, habelə kənd təsərrüfatı kooperasiyası ilə bağlı mövcud qanunvericiliyin monitorinqi aparılıb”.

Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf – Maliyyəyə çıxışın asanlaşdırılması üzrə tam icra 41 faiz, qismən icra 16 faiz olub. 43 faiz tədbir isə icra olunmayıb: “Bu hədəf çərçivəsində kənd təsərrüfatında yeni kredit məhsulları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb və eyni zamanda ölkənin kənd təsərrüfatı sektorunda riskin qiymətləndirilməsi üzrə ilkin təhlillər aparılıb. Bununla yanaşı kənd təsərrüfatı sığortası üzrə qanun layihəsi hazırlanıb, sığorta hadisələri reyestrinin hazırlanması sahəsində beynəlxalq təcrübə öyrənilıb, ölkədə sığorta bazarının mövcud vəziyyəti beynəlxalq ekspertlərlə birlikdə təhlil edilıb. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi məqsədilə dünyada mövcud olan aqrar sığorta modelləri və ölkədə sığorta fondunun yaradılması imkanları araşdırılıb”.

Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri özündə ehtiva edir. Bu hədəfin 2017-ci ilə aid hissəsinin 36 faizi icra edilib, 25 faizi qismən icra edilib və 39 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulmuş tədbirlərdən kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, habelə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə araşdırılıb və mövcud qanunvericiliyin monitorinqi aparılıb. Su ehtiyatları, suvarılan torpaq sahələrinin və suvarma suyuna tələbatın ödənilməsi vəziyyəti öyrənilib. Ölkənin kənd təsərrüfatı texnikası parkının davamlı olaraq yenilənməsinin təmin edilməsi məqsədilə texnika parkının mövcud vəziyyəti təhlil edilib. Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı üzrə kiçik və orta təsərrüfat subyektlərinin kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyaclarını öyrənmək məqsədilə respublikanın rayonları üzrə yerlərdə sorğular keçirilib. Toxumçuluq haqqında yeni qanun layihəsi işlənib hazırlanıb.

Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi adıçəkilən yol xəritəsinin beşinci hədəfi olmaqla 2017-ci il üzrə icra vəziyyəti belədir: 23 faiz icra edilib, 29 qismən icra edilib və 48 faiz icra edilməyib: “Aqrar sahədə ali təhsilin inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülüb, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq proqramlarda iştirak səviyyəsinin artırılması hesabına xarici dillərdə tədris edilən ixtisasların sayı artıb. Kənd təsərrüfatı sahəsində elmi tədqiqatların prioritetlərinin müəyyən olunması və nəticəyönümlülüyünün artırılması məqsədilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin yanında Koordinasiya Şurası yaradılıb. Aqrar sahədə informasiya-məsləhət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra ölkələrin təcrübəsi təhlil olunaraq mövcud mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanıb.
Altınci strateji hədəf kimi, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 24 faizi icra edilib, 49 faizi qismən icra edilib və 27 faizi icra edilməyib. Bu istiqamətdə görülən işlərə heyvandarlıq məhsulları, taxılçılıq məhsulları, texniki bitkilər, sənaye təyinatlı digər məhsullar və bəzi istehsal vasitələri üzrə topdan və pərakəndə satış qiymətlərinin, habelə kənd təsərrüfatı məhsullarının sahədən satış qiymətləri və tədarük müəssisələri tərəfindən satın alınan qiymətlərini də əhatə edən yeni Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalının hazırlanmasını qeyd etmək olar. İxracla bağlı sənədləşmə məsələlərinin effektiv həlli istiqamətində görülən işlərdən önəmlisi sahibkarlar üçün gömrük orqanına getmədən elektron şəkildə gömrük bəyannaməsini əldə etməsi imkanının yaradılmasıdır”.

Strateji yol xəritəsinin yeddinci hədəfi ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunmasıdır. Bu strateji hədəfin 22 faizi tam icra edilib, 27 faizi qismən icra edilib və 51 faizi icra edilməyib. Hədəf üzrə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatlar təhlil edilib və məlumat bazası təkmilləşdirilib, eyni zamanda müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb. Respublikada kənd təsərrüfatı məhsullarının ekoloji normalara uyğun istehsalının qiymətləndirilməsi üçün indikatorlar müəyyənləşdirilib və ölkədə ekoloji təmiz məhsul istehsalının təşkili və qiymətləndirmənin aparılmasına dair ilkin təkliflər hazırlanib. Əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi analizlərin aparılmasının təmin edilməsi məqsədilə 11 rayonda aqrokimyəvi laboratoriyalar müasir avadanlıqla və digər zəruri vasitələrlə təchiz edilib.

Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi səkkizinci hədəf kimi aşağıdakı icra göstəricilərinə malikdir: 30 faiz icra edilib, 30 faiz qismən icra edilib və 40 faiz icra edilməyib.2017-ci ildə 13 rayon üzrə elektron kadastr uçotu işləri tamamilə yekunlaşıb. “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat subyektləri kimi qeydiyyata alınması tədbirinin icrası məqsədilə beynəlxalq təcrübə öyrənilib, mövcud qanunvericiliyin monitorinqi həyata keçirilib, normativ hüquqi akt layihələri hazırlanıb. Aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi məqsədilə istifadə oluna biləcək indikatorlar müəyyən olunub.

Strateji yol xəritəsinin sonuncu kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi hədəfinin 2017-ci ildə yalnız 18 faizi tam icra edilib, 53 faizi qismən icra edilib və 29 faizi icra edilməyib. Bu hədəf çərçivəsində kənd yerlərinin sosial-iqtisadi inkişafı siyasəti üzrə potensialın gücləndirilməsi məqsədilə təhlillər aparılıb. Kənd yerlərinin sosial-iqtisadi vəziyyətini əks etdirən operativ məlumatların əldə edilməsi, hər bir yaşayış məntəqəsi üzrə sosial-iqtisadi inkişafın mövcud vəziyyətinin öyrənilməsi, mövcud resurslardan istifadə səviyyəsi və potensial investisiya imkanları barədə məlumat mənbəyinin yaradılması zəruriliyi nəzərə alınaraq “Kənd yerlərinin sosial-iqtisadi inkişafının monitorinq prosesinin metodologiyası” hazırlanıb. Eyni zamanda, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının layihəsi hazırlanıb.

Sənəddə vurğulanır ki, əsas icraçı qurumların performansına gəldikdə isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini yerinə yetirib. Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyinin icra göstəricisi isə 75 faizdir. Əmlak Məsələləri Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 61 və 52 faizini yerinə yetiriblər. Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi, hər biri, 50 faizlik icra göstəricisinə malikdirlər. Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Aqrolizinq” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi müvafiq olaraq 43 faiz, 41 faiz, 38 faiz, 37 faiz və 33 faiz icra göstəricilərinə malikdirlər.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam