Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib -VİDEO+FOTOLAR

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Zabitlər “Qarovul şəhərciyində qarovula təyin olunmuş şəxsi heyətin təlimatlandırılması metodikası”, “Artilleriya divizionu ilə döyüş atışlı taktiki təlimin təşkili və keçirilməsi” mövzularından praktiki dərslərdə iştirak edib və atıcı silahlardan atış çalışmalarını yerinə yetiriblər.
Məşğələ zamanı zabitlər xüsusi təyinatlı bölmələr tərəfindən kəşfiyyat cığırının dəf edilməsi və yüksəklikdə yerləşən düşmən obyektlərinin ələ keçirilməsi üzrə fəaliyyətləri izləyiblər.
Təlim-Tədris Mərkəzində keçirilən nəzəri dərslərdə Hüquq, Maddi-texniki təminat, Dövlət sirrinin mühafizəsi və Mənəvi-psixoloji hazırlıqdan mühazirələr oxunub.
“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən keçirilən məşğələnin sonunda zabitlərə bölmələrin idarə olunması və döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam