Yenixeber.org: Bu barədə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib. Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəklər.
Aleksey Overçuk bir neçə gün əvvəl jurnalistlərə müsahibəsində görüşdə Azərbaycan-Ermənistan sərhədi ilə bağlı məsələlərin də nəzərdən keçiriləcəyini deyib. “Bu sərhəddə beynəlxalq sərhədlərdə olan bütün nəzarət növləri - pasport, gömrük və s. fəaliyyət göstərəcək”, - deyə o bildirib.
A.Overçuk əlavə edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu xəttinin bərpasına olduqca yaxındırlar.
Moskvada baş nazirləri müavinlərinin görüşü keçirilir
