Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ərdoğanın andiçmə mərasimində 20 lider, 45 nazir iştirak edəcək -ADLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək. 

Yenixeber.org:  Bu barədə "Yeni Şafak" qəzeti yazıb. 

Bildirilir ki, parlamentdə baş tutacaq mərasimdə 20 dövlət başçısı və 45 nazir iştirak edəcək. Mərasimdə Türkdilli ölkələr də geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin liderləri mərasimdə iştirak edəcək. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də mərasimdə iştirak edənlər arasında olacaq. Qətərin baş naziri Əl Taninin də Türkiyəyə gələcəyi gözlənilir. 

Nəşr yazır ki, bəzi ölkələri xarici işlər nazirləri təmsil edəcək. Somali, Əlcəzair və Balkan ölkələrindən də iştirak prezident səviyyəsində olacaq. 

İnauqurasiya mərasimindən sonra Türkiyə liderinin ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq. Ərdoğanla ikitərəfli görüşdən sonra BƏƏ əmiri İstanbulda keçiriləcək Çempionlar Liqasının finalını izləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam