Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Akşener və Babacanın müavinləri dalaşdı -Sözünüz yox, səsiniz çox olsaydı...

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan Meral Akşenerin sədrlik etdiyi İYİ Partiya və Ali Babacanın rəhbəri olduğu DEVA Partiyası arasında qalmaqal yaşanıb. 

Yenixeber.org:Babacanın müavini Mehmet Emin Ekmen İYİ Partiyanın ittifaq daxilində ayrıca proporsional siyahı ilə parlament seçkilərini getməsini tənqid edib. 

O, İYİ Partiyanın digər partiyalarla birlikdə vahid siyahı ilə seçkilərdə iştiraka qarşı çıxmasının və mövqeyində israr etməsinin müxalifətə 15-20 deputat yerini itirmək bahasına başa gəldiyini vurğulayıb. 

Ekmenə cavab verən Akşenerin müavini Metin Ergun isə DEVA Partiyasının ittifaqa gözlənilən qədər töhfə vermədiyinə diqqət çəkib: "Sözünüzün çoxluğu qədər səsləriniz də olsaydı, seçkilərin nəticələrini dəyişərdi". 

Qeyd edək ki, dünən İYİ Partiyanın baş katibi Uğur Poyraz "Millət İttifaqı"nın bitdiyini açıqlamışdı. 

Xatırladaq ki, "Millət İttifaqı"na daxil olan partiyalardan Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiya və DEVA Partiyası CHP loqosu altında vahid proporsional siyahı ilə, İYİ Partiya isə müstəqil siyahı ilə parlament seçkilərində iştirak etmişdi. Nəticələrə görə, CHP siyahısından 169, İYİ Partiyanın siyahısından isə 43 deputat seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam