ABŞ-la Ermənistan nüvə enerjisi sahəsində yeni saziş bağlayır
Ermənistan Nazirlər Kabineti ABŞ-la nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni sazişin bağlanmasını təsdiqləyib.
Yenixeber.org: sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.
1995-ci ildən İrəvan xüsusilə seysmik təhlükəsizlik, AES-lərdə radioaktiv maddələrin mühafizəsi sahəsində ABŞ-dan texniki dəstək alır.
2023-cü ilin mart ayında müqavilə heyətin yenidən formalaşdırılması və təhlükəsizlik standartlarının yenilənməsi ilə genişləndirildi.