NATO baş katibi Türkiyəyə səfər edəcək
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
Yenixeber.org: Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməsi də nəzərdə tutulub.
Əsas müzakirə mövzularından biri kimi İsveçin NATO-ya üzvlüyü məsələsinin gündəliyə daxil edildiyi qeyd olunub.