Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

“Rəcəb Tayyib Ərdoğan Fondu" yaradıldı

Ərdoğanın adına Fond yaradıldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına Fond yaradılıb. Fond Ərdoğanın adına muzey və kitabxana açmağı hədəfləyir.
Yenixeber.org: “Rəcəb Tayyib Ərdoğan Fondu"nun qurucuları arasında övladları Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar ilə Vedat Dəmiröz, Tevfik Göksu, Hüseyn Aydın, Ahmet Özel və Nuri Aksu da var.

Fondun məqsədləri arasında prezident Ərdoğanın şəxsi əşyalarının və səlahiyyət müddəti ərzində ona hədiyyə edilən əşyaların sərgilənəcəyi “Rəcəb Tayyib Ərdoğan Muzeyi”nin, cəmiyyətin təhsil və mədəni səviyyəsini yüksəltmək üçün “Rəcəb Tayyib Ərdoğan Kitabxanası”nın yaradılması da var.

Bildirilib ki, fond elmi, mədəni və bədii proqramlar da təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam