Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İsrail Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Bakıda səfərdə olan İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Yenixeber.org: Bu barədə dövlət başçısı tviterdə paylaşım edib. 

O, daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub. 

"Müasir Azərbaycanın qurucusu, Prezident Heydər Əliyevin məzarı önünə və Azərbaycan xalqı şəhidlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklillər qoymaq şərəfinə nail olduq. Prezident Heydər Əliyev müasir Azərbaycan xalqının qurucusu, İsraillə isti münasibətlərin əsasını qoyan və onun yolunu açan Ulu Öndərdir. Buna görə ona təşəkkür edirik”, - İsxaq Hersoq bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam