Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Prezident əvvəl Moldovaya, sonra Türkiyəyə gedəcək

İyunun 1-də Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək.  

Yenixeber.org:Sammit Moldovanın paytaxtı Kişineuda baş tutacaq. 

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Moldovada Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyini bildirib:   

“Bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. Rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir. Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.  

Məlumat üçün bildirək ki, sammitdə iştirak üçün 47 ölkənin dövlət və hökumət başçılarına rəsmi dəvət göndərilib. Toplantıda əsasən regional və qlobal problemlər müzakirə olunacaq. 

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk iclası ötən ilin oktyabr ayında Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniyanın da dövlət və hökumət başçıları zirvə toplantısında iştirak edib.  

Azərbaycan Prezidentinin əvvəlcə Moldovaya, iyunun 2-də isə Türkiyəyə səfəri gözlənilir. Belə ki, iyunun 2-də Türkiyənin yenidən prezidenti seçilən AKP lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Mərasimə başda Prezident İlham Əliyev olmaqla bir sıra dövlət rəhbərləri dəvət olunub.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam