PUA-lar “bizi niyə Ukraynaya göndərirsiniz?” sualını vermək istəyirlər -Podolyak
"Ukrayna Moskvaya PUA hücumlarında iştirak etmir".
Yenixeber.org: Bunu telemarafonun efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Bizi süni zəka dövrünə doğru irəliləyirik, bəlkə də heç də bütün dronlar Ukraynaya hücum etməyə hazır deyil. PUA-lar onları düzəldənlərin yanına qayıdıb “bizi niyə Ukraynaya göndərirsiniz?” sualını vermək istəyirlər. Öz etdiklərinin nəticəsidir”, - deyə o söyləyib.
Qeyd edək ki, Rusiya tərəfi səhər tezdən Moskva şəhərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını iddia edir.









AZ
RU