Paşinyan Moskvada “biz hazırıq” dedi
"Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır".
Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.
"Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək", - deyə Ermənistanın baş naziri bildirib.
Qeyd edək ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.