Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ruslar Avropaya Gürcüstan üzərindən uçacaq

Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Avropaya tranzit uçuşlar həyata keçirəcək. Bu barədə RTVI-ya şirkətin təsisçisi Tamaz Qayaşvili məlumat verib.
Yenixeber.org: Onun sözlərinə görə, iyunun 15-dən Rusiya vətəndaşları bir transferlə Avropanın beş şəhərinə uçuşlar əldə edəcəklər.
   Georgian Airways Gürcüstan prezidentini persona non qrata elan etdi

Yerli turistlər Tbilisidən Milan, Paris, Vyana, Larnak və Salonikiyə uça biləcəklər.
Qeyd edək ki, mayın 19-da dörd ildən sonra Rusiyadan Gürcüstana ilk birbaşa uçuş baş tutub. Rusiya ilə Gürcüstan arasında hava əlaqəsi ilk dəfə 2006-cı ilin oktyabrında kəsilib.
Bu, Gürcüstan tərəfinin casusluqda ittiham etdiyi rus zabitlərinin sentyabrın 27-28-də Gürcüstanda həbsi ilə bağlı qalmaqal fonunda baş verib. 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən hadisələrdən sonra Gürcüstanla Rusiya arasında hava əlaqəsi ikinci dəfə kəsilib.
Üçüncü dəfə isə müxalifətin təşkil etdiyi anti-Rusiya etirazları fonunda 2019-cu il iyulun 8-dən hava əlaqəsi dayandırılıb. Buna səbəb Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstanda keçirilən Beynəlxalq Pravoslav Assambleyasının Baş Assambleyasının sessiyasında iştirakı olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam