Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazir:“Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik"

 “Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik və deyəcəyik ki, bunu bacarmazsınız. Çünki biz Türkiyəyik”.

 Yenixeber.org: Bunu ölkənin nəqliyyat və infrastukur naziri Adil Karaismailoğlu Trabzonda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə xalqı mayın 14-də bəzilərinin hazırladığı oyunu pozub, onların arzularını ürəklərində qoyub: “Prezident Rəcəb Tayyib Ərdoğana verilən dəstək daha da artacaq. Kimsə Ərdoğanın əsər və xidmət siyasəti ilə yarışa girə bilməz. Biz böyük layihələrə imza atmışıq. Yüz ilə sığmayacaq işləri 21 ilə sığışdırdıq”.

A.Karaismailoğlu seçiciləri mayın 28-də səsvermədə fəal iştirak etməyə və R.T.Ərdoğanı dəstəkləməyə çağırıb: “Arxayınlaşmaq olmaz. Biz Prezident Ərdoğanın rəhbərliyi ilə qazandığımız nailiyyətləri qoruyacaq və inkişaf etdirəcəyik. İnşallah, bazar günü bütün müsəlmanların, türk dövlətlərinin gözlədiyi nəticə ilə yeni dövrə qədəm qoyacağıq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam