Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Bayden Finlandiyaya tarixi səfər edəcək

ABŞ prezidenti Co Bayden iyulun əvvəlində Şimal ölkələri və ABŞ sammiti üçün Finlandiyaya səfər edəcək. Səfər barədə Finlandiyanın “İltalehti” nəşri xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Yenixeber.org: Bu, ABŞ liderinin Finlandiya ərazisinə Moskva və Vaşinqton münasibətləri ilə bağlı olmayan ilk səfəridir. Elə bu səbəbdən də Baydenin ora gedişini tarixi səfər adlandırırlar.
Qeyd olunur ki, sammitdə Finlandiya, İsveç, Danimarka, Norveç və İslandiya liderləri də iştirak edəcək. Qəzetin həmsöhbətlərinin fikrincə, ABŞ Rusiyaya Finlandiyanı və bütün Skandinaviya ölkələrini qorumaq öhdəliyinə sadiq olduğunu sübut etmək istəyir.
Bundan əvvəl bildirilib ki, mayın 29-dan iyunun 9-dək Şimali Avropada 14 ölkənin iştirakı ilə Arctic Challenge Exercise 2023 (ACE 2023) keçiriləcək. Manevrlərin əsas təşkilatçıları Danimarka, Norveç, İsveç və Finlandiyadır. Helsinki təlimə rəhbərlik edəcək və onun keçirilməsinə cavabdeh olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam