Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Rus-fin müharibəsi başlaya bilər -Kreml hərəkətləndi...

Finlandiya prezidenti alyansa üzvlüyün başqa ölkəyə qarşı yönəlmədiyini bəyan etdi, Moskva isə “hərbi-texniki və digər xarakterli cavab tədbirləri görməyə məcburuq” hədəsi səsləndirdi, Rusiya ikinci cəbhə açıb “Qış müharibəsi”ni təkrarlaya bilər; ekspert: “Rusiya sərhədə hərbi kontingentini yerləşdirəcək, proses üçüncü dünya müharibəsinə aparır”

Yenixeber.org: Finlandiya NATO-nun 31-ci üzvüdür. Bu ölkənin bayrağı artıq alyansın Brüsseldəki mənzil-qərargahı önündə dalğalanır. Beləliklə, Rusiya sərhədlərinə Şimal Atlantik Alyansı kifayət qədər yaxınlaşdı. Müdafiə blokunun baş katibi Yens Stoltenberqin təbirincə desək, Rusiya NATO-nu Ukraynada gözləyirdi, onunla həmsərhəd başqa bir ölkədə - Finlandiyada gördü. “Yeni Müsavat” bildirir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin bu quruma daxil olması ilə bağlı sənədi imzalayıb. Finlandiya NATO-ya daxil olar-olmaz Kreml ona qarşı hərəkətə keçib və müharibə ehtimalları gündəmə gəlib. Kremlin mətbuat katibi Dmitri Peskov dərhal məsələyə reaksiya verərək, Finlandiyanın NATO-ya üzv qəbul olunmasını Rusiyanın təhlükəsizliyinə qəsd kimi qiymətləndirib.

“Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir”, - deyə Dmitri Peskov bildirib. O deyib ki, Rusiya Federasiyası Finlandiyada NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinin gedişatını yaxından müşahidə edəcək: “Finlandiyanın NATO-ya daxil olması vəziyyətin növbəti gərginləşməsidir. Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya haqqında dərhal məlumat verəcək. Alyansın şərqə doğru genişlənməsi Avrasiya qitəsində təhlükəsizlik yaratmır, əksinə, onu daha da pisləşdirir. NATO-nun genişlənməsi və Alyansın hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması dünyanı, ən əsası isə Avrasiya qitəsini daha sabit və təhlükəsiz etmir”.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında da xəbərdarlıq olunur ki, Rusiya təhdidlərin qarşısını almaq məqsədilə hərbi-texniki və digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq. Yəni açıq şəkildə Rusiya Finlandiyanı hərbi eskalasiya ilə hədələyir. Amma Rusiya bu ölkəyə raket zərbəsi endirərsə, yaxud sərhədlərinə qoşun yığarsa, NATO buna üzv ölkəni müdafiə etmək üçün müdaxilə etməli olacaq. Nəticə ondan ibarətdir ki, Rusiya ətrafında çəmbər daralır və yan-yörəsi NATO dövlətləri ilə əhatələnir. Nəzərə çatdıraq ki, 1939-40-cı illərdə SSRİ ilə Finlandiyanın müharibəsi zamanı bu ölkə torpaqlarının bir hissəsini itirib. SSRİ dağıldıqdan sonra dəfələrlə Rusiya ilə Finlandiya arasında müharibə ehtimalları yaranıb. Ölkə NATO-ya üzv olduqdan sonra Rusiyanın əsəbi davranışı iki ölkə arasında gərginliyin pik həddə çatacağını söyləməyə əsas verir.

1939-cu il noyabrın 30-da tarixə “Qış müharibəsi” kimi düşən sovet-fin müharibəsi başlayır. Sovet komandanlığı kampaniyanı iki həftəyə başa çatdırmağı və qələbəni 1939-cu il dekabrın 21-də 60 yaşı tamam olan Stalinə hədiyyə etməyi planlaşdırırdı.

İndi necə, politoloqlar nə düşünür, bundan sonra nələr müşahidə ediləcək? Rusiya Ukrayna ilə paralel Finlandiyaya da hücum edə bilərmi? “Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi, sadəcə, hüquqi prosedurlar icra edilir” - rusiyalı ekspert Nikita Lipunov belə deyib. “Dəyişən ən önəmli məsələ ümumi müdafiə ilə bağlı olan 5-ci maddənin tətbiqidir. Finlandiyaya edilən hücum bütün ittifaqa olan hücum kimi qəbul ediləcək. Hüquqi sərhədlər müəyyən edilir. NATO ilə sərhədimiz iki dəfə artır. Baltik dənizi demək olar NATO-nun daxili dənizinə çevrilir. İsveçlə bağlı proses davam edir, sadəcə, zaman məsələsidir. Rusiya üçün Finlandiyanın ittifaqa üzvlüyü İsveçin üzvlüyündən daha önəmlidir. Çünki Finlandiya ilə həmsərhədik”, - deyə ekspert bildirib.

Bu arada NATO-nun yaxın gələcəkdə Finlandiyada döyüş qrupları yaratması ehtimalı azdır. “Bloomberq” NATO-dakı mənbələrə istinadən belə yazır. Alyansın yüksək rütbəli rəsmisi bildirib ki, hazırda Finlandiyada NATO döyüş qruplarını yerləşdirmək planları yoxdur. O əlavə edib ki, NATO Ali Komandanlığı daim təhdidləri qiymətləndirir və lazım bildiyi təqdirdə belə bir addımın atılmasını tövsiyə edə bilər. Qeyd olunur ki, Finlandiya hələlik öz ərazisində NATO-nun döyüş qrupunun yerləşdirilməsi ilə bağlı sorğu verməyi planlaşdırmır. “Finlandiyanın NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib”. Bunu isə Finlandiya Prezidenti Sauli Niinistö Tvitterdə bildirib. “Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o bildirib.

Azad MƏSİYEV - TEZADLAR

 Azad Məsiyev 

Bu mövzuda bizimlə öz fikirlərini bölüşən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev hesab edir ki, Rusiya öz təhlükəsizliyi üçün NATO-nun onun sərhədlərinə doğru irəliləməsini məqbul saymır. Ekspertin sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar da elə bu səbəbdən başladı: “Sözsüz ki, indi Rusiya ilə NATO arasında sərhədlər iki dəfə artdı. Əslində Rusiya-Finlandiya münasibətləri həmişə normal olub. Amma Rusiya öz təhlükəsizliyini gücləndirmək üçün bu gedişlə sərhədə hərbi kontingentini yerləşdirəcək. Hər bir halda Kreml və şimal alyansı arasında əlaqələrin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar”. A.Məsiyevin fikrincə, bu proseslər bəşəriyyəti üçüncü dünya müharibəsinə aparmaqdadır: “Rusiya nüvə doktrinasını genişləndirəcək. Bu gün Ukraynada de-fakto Rusiya-NATO müharibəsi gedir. Görünən odur ki, NATO şərqə doğru genişlənmə planlarından yayınmaq niyyətində deyil və Rusiyanı dünya siyasi xəritəsindən silməyi hədəf qoyub”.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam