Ərazi bütövlüyünün tanınması mühüm addımdır -Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb.
Yenixeber.org: Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Ermənistanın baş naziri qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcək.
"Növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır", - deyə Paşinyan qeyd edib.