Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu prezident parlamenti buraxdı

Ekvador Prezidenti parlamenti buraxıb
Ekvador Prezidenti Gilyermo Lasso deputatların dövlət başçısının impiçmenti məsələsinə baxmağa başlamasından sonra parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.
Yenixeber.org: G.Lasso konstitusion həll yolu tapmaq üçün parlamenti buraxmaq hüququ verən Respublika Konstitusiyasının 148-ci maddəsini tətbiq etmək qərarına gəldiyini açıqlayıb. “Milli Seçki Şurasından dərhal parlament və prezident seçkilərinin təyin edilməsini də xahiş etdim”, - o söyləyib.
Dövlət başçısının sözlərinə görə, bu qərar hökumətə bütün səyləri Ekvador ailələrinin ehtiyaclarını ödəməyə yönəltməyə imkan verəcək. “Nazirlərin və onların komandalarının ekvadorluların problemlərini həll etmək əvəzinə, vaxtlarının çoxunu Milli Assambleyanın siyasi hücumlarına cavab verməyə sərf etməsi qəbuledilməzdir”, - o bildirib.
G.Lasso hökumətin islahatların aparılması üçün yaxın günlərdə bir neçə fərman verəcəyini də açıqlayıb.(TASS)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam