Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Hacıqabul RPŞ-də ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub-FOTOLAR

Hacıqabul Rayon Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub. Tədbirin əvvəlində Ümummilli Liderin və torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yenixeber.org: Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, ömrünü dövlətimizin müstəqilliyinə həsr edən Ulu Öndər ölkəmizin dar günündə millətimizin harayına çataraq, bütün çətinliklərə sinə gərib, dövlətimizin dirçəlməsinə, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmasına nail olub.

Daha sonra çıxış edənlər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunda bəhs ediblər. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam