Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranlı deputat həddini aşdı:"Bakı ilə yalnız güc dilə danışmalıyıq"

 
İran parlamentinin Rəyasət Heyətinin üzvü, daim ermənipərəst və qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Əhməd Naderi ölkəmizin ünvanına sərsəm fikirlər səsləndirib.
Yenixeber.org: O, özünün Tvitter hesabında Azərbaycanın 4 diplomatının Tehran rejimi tərəfindən arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirərkən ölkəmizə "Bakı respublikası" deməklə həddi aşan sözlər işlədib.
"İran "Bakı Respublikasının" Tehrandakı və Təbrizdəki 4 diplomatını persona non qrata olaraq ölkədən çıxarıb. Sürətlə həyata keçirilməli olan növbəti addım bu rejiminin Təbrizdəki Konsulluğunun bağlanmasıdır", - Naderi sayıqlayıb. O, "Azərbaycanla yalnız güc dili ilə danışmaq lazımdır" da yazıb.
Qeyd edək ki, İran siyasətçi, məmur və deputatları arasında Azərbaycan adı əvəzinə "Bakı respublikası" ifadəsi işlədilməsi onların Cənubi Azərbaycan qorxusundan xəbər verir. Təbrizdəki konsulluğun bağlanması ideyası isə ən cəfəng təklifdir. Çünki molla rejimi cənubi azərbaycanlıların buna necə sərt reaksiya verəcəyini yaxşı bilir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam