Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Zəngəzur dəhlizinə təcili ehtiyac var –Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ingilis dilində fəaliyyət göstərən "TRT World” nəşrində “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqalə yazıb

Yenixeber.org:  O, məqalədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən, Zəngəzur dəhlizindən bəhs edib. 

Akar bildirib ki, Ermənistan və Azərbaycan qoşunları arasında cəbhə xəttində ara-sıra atışmalar və gərginlik, son zamanlar tərəfləri sülh razılaşmasına çatdırmaq cəhdlərində indiyədək heç bir uğur əldə edilməməsi narahatlıq doğurur. O qeyd edib ki, regionda vəziyyət kövrəkdir, sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan və onun eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılması atəşkəs sazişində ermənilərin qəbul etdiyi şərt idi: 

"Bu, iki ölkə arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım idi. Azərbaycanla quru əlaqəsi olmayan, Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Naxçıvanın insanların və malların sərbəst hərəkəti üçün bu dəhlizə təcili ehtiyac var". 

Akarın sözlərinə görə, Zəngəzur dəhliz davamlı sülhə və hamı üçün iqtisadi rifaha gətirib çıxaracaq. 

“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlükə yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”, - deyə nazir bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam