Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

“Nar” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turnirinin rəsmi kommunikasiya tərəfdaşıdır. 

Yenixeber.org:Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi və 600-dən çox şahmatçının iştirak etdiyi turnir 3-12 may tarixlərində Bakı Kristal zalında baş tutacaq.  

Ümumi mükafat fondu 55 min ABŞ dolları olan turnir 3 kateqoriyadan ibarət olan 9 tur üzrə isveçrə sistemi ilə oynanılacaq. Oyunları izləmək istəyən şahmat həvəskarları üçün giriş sərbəstdir. 

“Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın  Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam