Yenixeber.org: Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat yayıb
Belə ki, dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb:
“Avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil; texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Təhlükəli olan baza bağlandı -Video
