Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Liviyada çalışan keçmiş casus:"Qəddafini zəiflətmək üçün naziri qaçırdıq"

Fransa Xarici Kəşfiyyat İdarəsinin Liviyadakı keçmiş baş casusu hesab edilən Jan-Fransua Lhuillier mayın 3-də nəşr olunacaq "L'Homme de Tripoli" (Tripolili adam) kitabında Liviya lideri Müəmmər Qəddafinin necə devrildiyini və necə öldürüldüyünü təsvir edib.
2009-2012-ci illərdəki xidmətini qələmə alan agent bildirir ki, Yelisey sarayının tapşırığına əsasən o, Qəddafiyə müxalif olan liviyalıların ölkədən çıxışını təmin etməli idi .
Yenixeber.org: Bu kontekstdə Lhuillierin qarşısına qoyduğu hədəf o vaxtkı xarici işlər naziri Mussa Kussanı qaçıraraq Qəddafini zəiflətmək olub.
“Siz insanları vətənə, həm də inanclarına xəyanət etməyə məcbur edirsiniz” deyən keçmiş casus, Kussanın onları sığınacaq istəməyə inandırmağı öz üzərinə götürdüyünü söyləyib.
Bu arada Fransa və İngiltərənin həyata keçirdiyi hərbi əməliyyatın Qəddafi qoşunlarına zərbə vurduğunu söyləyən Lhuillier kitabında hökumətə qarşı üsyan edənlərə də kömək etmək və onlarla yaxşı əlaqələr qurmaq üçün çalışdığını da açıqlayır .
2011-ci il oktyabrın 20-də Qəddafinin “linç edilərək öldürüldüyünü” iddia edən keçmiş məxfi agent devrilmiş Liviya liderinin fransız casusu tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.
İyirmi beş ildir DGSE agenti olmuş polkovnik-leytenant Jan-Fransua Lhuillierin yeni kitabındakı etiraflar Fransanın keçmiş prezidenti Nikola Sarkozinin hökumətinin keçmiş müttəfiqindən üz döndərdiyi və onu devirmək üçün hər şeyi etdiyi iddiasını təsdiqləyir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam