Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Türkiyənin yerli istehsal olan ilk tankının sınaqları başlayıb

Türkiyənin yerli istehsalı olan “Yeni Altay” tankları sınaqlara hazırdır.

Yenixeber.org: Tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək.

“Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır.

Həmçinin bildirilib ki, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir.

Xatırladaq ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir. Tank aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam