Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İtaliya Azərbaycanlıları Koordinasiya Şurası TOPLANDI

Roma şəhərində İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. 

Yenixeber.org:Tədbirdə İtaliyada yaşayan soydaşlarımıza Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitənin layihə və proqramları barədə məlumat verilib. 

Diqqətə çatdırılıb ki, Komitə tərəfindən xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təşkil etdiyi diaspor təşkilatları ilə mütəmadi əlaqə saxlanılır. 

İştirakçılar həmçinin Azərbaycanda təşkil olunacaq yay düşərgəsi barədə də məlumatlandırılıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə yay düşərgəsi Naxçıvanda təşkil olunacaq və 45 ölkədən insanlar qatılacaq. İştirakçıların gediş-dönüş biletləri və digər bütün xərcləri Komitə tərəfindən qarşılanacaq. 

Bundan əlavə, İtaliyada yaşayan soydaşlarımızın övladları üçün yaxın müddətdə həftə sonları Azərbaycan dilinin tədris olunacağının da anonsu verilib. Hazırda səfirlik daxilində bunun üçün bir otağın ayrılması nəzərdə tutulur. Ancaq tələbat yüksək olacağı təqdirdə tədris prosesi üçün xüsusi məkan ayrılacaq. 

Diaporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı, Dəstək Fondu, sosial şəbəkə hesabları da iştirakçıların nəzərinə çatdırıldıqdan sonra Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, Azərbaycan-İtaliya Birliyinin rəhbəri Fərid Abbasov soydaşlarımızın suallarını cavablandırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam