Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Məşhur erməni arxiyepiskop:"Paşinyan Allahsızdır"

"Paşinyan hələ də Apostol Pavelin arxasında gizlənir, o, Allahdan qorxmur, insanlardan utanmır". Bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan 24TV-nin efirində deyib.
Yenixeber.org:  Yepiskopun sözlərinə görə, ölkədə baş verənlər mənəviyyat məsələsidir. O qeyd edib ki, baş anzir Nikol Paşinyan bu ölkənin xoşbəxtliyini əlindən alıb, daha doğrusu oğurlayıb. Paşinyan məsuliyyət nümayiş etdirib vəzifəsindən getməli idi.
Yepiskopun fikrincə, hazırki hökumət Qarabağ, Azərbaycanda cəza çəkən erməni məhbuslar və ölkənin digər ciddi problemləri ilə məşğul olmaq əvəzinə, başqa əhəmiyyətsiz problemləri həll edir.
- Sentyabr döyüşlərindən sonra biz hələ də qurbanların sayını bilmirdik. Müdafiə naziri isə bu məsələlərə himayədarlıq etdi. O, hətta şənlik məclisi də təşkil erdi, kefindən qalmayaraq əmlak aldı. Və bu kontekstdə belə bir sual yaranır: gecələr rahat yata bilirsinizmi?!, - siyasətlə məşğul olan erməni din xadimi gileylənib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti ilə Erməni Aposto kilsəsi arasında dərin uçurum yaranıb. Ermənistanda kilsə hər zaman siyasətə qarışıb, hətta siyasi elitada əsas söz sahibi olub. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri isə dəfələrlə Azərbaycan xalqının əleyhinə radikal çağırışları ilə seçilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam