Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Biz bir il əvvəlkindən güclüyük” - Zelenski

Rusiya Baxmuta nəzarəti ələ keçirsə, Kramatorsk və Slavyanska hücum üçün imkanlar açacaq.  

Yenixeber.org: Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Al Arabiya" telekanalına müsahibəsində deyib. 

O, müttəfiqlərin çağırışlarına baxmayaraq, Ukrayna ordusunun şəhərdən geri çəkilməkdən imtina etməsini belə izah edib: "Biz Baxmutdan geri çəkilə bilmərik, çünki bu, cəbhəni genişləndirəcək və rus qoşunlarına, "Vaqner"ə daha çox torpaqlarımızı ələ keçirmək şansı verəcək". 

Ukrayna prezidenti ölkədəki vəziyyəti də dəyərləndirib. “Vəziyyəti yaxşı adlandıra bilmərəm, amma mübarizə aparırıq. Biz bir il əvvəlkindən güclüyük”, - Zelenski bildirib. O, planlaşdırılan əks-hücumun təfərrüatlarını açıqlamayıb, lakin hücumun uğur qazanacağına əmin olduğunu vurğulayıb. 

Qeyd edək ki, Baxmutda 2022-ci ilin yayından başlayaraq şiddətli döyüşlər gedir. Döyüşlərdə Rusiyanın “Vaqner” muzdluları da iştirak edir. KİV-in məlumatına görə, Ukrayna və ABŞ arasında Baxmutun müdafiəsi ilə bağlı fikir ayrılığı var. Kiyev şəhərin müdafiəsinin davam etdirilməsi və əməliyyatın gücləndirilməsinin tərəfdarıdır. Ağ Evin fikrincə, Ukrayna Silahlı Qüvvələri üçün Baxmut strateji əhəmiyyət kəsb etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam