Lavrov ABŞ-a getdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da bildirib.
O, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Aprelin 24-də Lavrov BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə bağlı açıq debatda iştirak edəcək, ertəsi gün Yaxın Şərqlə bağlı debatda sədr olacaq.
Bundan əlavə, Lavrovun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.
Qeyd edək ki, rusiyalı jurnalistlərə ABŞ vizası verilməyib. Lavrov bu qərarı axmaq hərəkət adlandırıb və qeyd edib ki, Moskva bunu “unutmayacaq və bağışlamayacaq”.









AZ
RU