Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Yeni Altay” tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi -FOTO

"Altay" tankları Türkiyə ordusuna təhvil verildi

       Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Yenixeber.org: Mərasim Sakaryada keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:

“Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim olmadıq, bir addım da geri çəkilmədik. Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq. Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar”.

Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

"Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.

Türkiyənin ilk milli “Yeni Altay” tankları Silahlı Qüvvələrə təhvil verildi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam