Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sahibə Qafarova Polşaya rəsmi səfərə gedib - FOTO

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşa Respublikasının paytaxtı Varşava şəhərinə rəsmi səfərə gəlib.

Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə deputatlar Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Varşavanın hava limanında nümayəndə heyətini Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşa Seyminin protokol xidmətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Polşa Prezidenti, Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam