Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Səttar Möhbalıyev:“Ermənistanın hər hansı beynəlxalq tədbirə ev sahibliyi  etməsi hələ çox tezdir”

Səttar Möhbalıyev: “Xalqımızın hər bir nümayəndəsi qüdrətli dövlətimizlə qürur duyur”

“Aprelin 14-də Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılışında Dövlət Bayrağımızın özü də rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən yandırılması birbaşa barbarlıq əməlidir. Belə hərəkətlərlə aydın görünür ki, Ermənistan sivilzasiyadan hələ xeyli uzaqdır. Bu ölkənin hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi çox tezdir. Ona görə də beynəlxalq təşkilatlar bunu nəzərə almalıdır. Azərbaycan saysız-hesabsız bundan da daha mötəbər idman yarışlarını nümunəvi şəkildə keçirib, heç bir xoşagəlməz hadisə baş verməyib. Dünyanın idman ictimaiyyəti də bunu həmişə etiraf edib”.

Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, Azərbaycan uzun illər bu ölkəni sülhə dəvət etdi, amma onlar işğalçı, xain xislətlərindən əl çəkmədilər, getdikcə hədlərini daha çox aşdılar: “Bu gün də onlar masa arxasında əyləşib danışıqlar aparmaq, sülhə gəlmək mədəniyyətində deyillər. Həmçinin Ermənistan cəmiyyətində birmənalı şəkildə etnik nifrət, rasizm, Azərbaycanofobiya düşüncəsi tüğyan edir. Onların beyinləri tamamilə zəhərlənib. Bu səbəbdən idi ki, ötən gün bayrağımızı yandıranı 
iştirakçılar utanmadan alqışladılar. Sosial şəbəkələrin erməni seqmentində hətta onu qəhrəman kimi təqdim edirlər. Hadisənin daha diqqət çəkən tərəfi isə həmin açılış mərasimində Ermənistanın baş naziri, digər rəsmi şəxsləri iştirak edir və onların gözü qarşısında bu hadisə törədilir. Bu kimi hallar onların dayaz mahiyyətini ortaya qoyur”.
AHİK sədri əlavə edib ki, Azərbaycan idmançılarının yarışlarda iştirakdan imtina etməsi tamamilə düzgün qərardır, çünki çox zəif təşkil edilib və təhlükəsizliyə heç bir təminat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam