Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Hərbi foto-video operatorlarla toplanış keçirilib-FOTO

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan müəssisə və hərbi hissələrin foto-video operatorları ilə toplanış keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə müdafiə nazirinin kommunikasiya sahəsində tələbləri və tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Hərbi mövzuda hazırlanan foto və video materialların məzmunu ilə bağlı təkliflər, çəkiliş zamanı yaranan problemlər dinlənilib. Həmçinin hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması və digər mövzularda brifinqlər təqdim olunub.

Toplantı iştirakçıları ilə texniki avadanlıqların saxlanılması, istismarı, eləcə də normal və ekstremal şəraitlərdə video çəkilişlərin aparılması qaydaları haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda peşəkar mütəxəssis tərəfindən master-klass keçirilib, iştirakçılara hərbi fotoqrafiya barədə ətraflı məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam